"Fars": İranın neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub

İranın nəhəng neft tankeri ABŞ-nin blokadasını keçib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "TankerTrackers"ə istinadən "Fars" xəbər agentliyi yayıb.

"İranla əlaqəli nəhəng neft tankeri blokada xəttini keçərək Oman körfəzinə daxil olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bununla da İranın neft saxlama tutumuna təxminən 2 milyon barel əlavə ediləcək: "Ekspertlər məhdudiyyətlərin tətbiq edildiyi vaxtdan bəri vurğulayırdılar ki, ABŞ-nin blokadasını hərbi əməliyyatlarla yarmaq lazımdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı memorandumun sabah imzalanacağını və həmin andan Hörmüz boğazının açılacağını vurğulayıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24