Əskişəhərdə meşə yanır, helikopterlər cəlb olunub

Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın baş verib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, əraziyə Əskişəhər Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.

Eyni zamanda, alovların söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.

Əraziyə, həmçinin 5 su çəni, 2 su tankeri və ekoloqlar göndərilib.

Digər xəbərlər

Zelenski Putini Kiyevə dəvət edib 30 yanvar, 2026 / 12:27