Bakı. 12 may. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan bu ölkənin BMT yanındakı nümayəndəsi Zoqrab Mnaçakyanı xarici işlər naziri təyin edib.
"Report" xəbər verir ki, bununla bağlı fərman prezident administrasiyasının saytında yerləşdirilib.
Mnaçakyan 1991-ci ildən Xarici İşlər Nazirliyində işləyib. O, 2011-2014-cü illərdə xarici işlər nazirinin müavini olub. 2014-cü ildən Ermənistanın BMT yanında daimi nümayəndəsi işləyib.