Ermənistanın səhiyyə naziri: "Yoluxanların sayı artır, məhdudlaşdırcı tədbirlərə hazırıq"

“Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşərsə yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırıq”.

“Report” xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan iyulun 28-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son həftələr koronavirusa yoluxanların sayı artır.

Qeyd edək ki, bu həftə Ermənistanda koronavirusa yoluxanların sayı 965 nəfər artıb, bu müddətdə COVID-19-dan 7 nəfər ölüb. Hazırda 1 144 nəfər aktiv xəstə var. Ümumilikdə 425 365 nəfərin yoluxduğu qeydə alınıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49