Ermənistanın keçmiş prezidentinin ürəyinə stent qoyulub

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ürəyinə stent qoyulub.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan bildirib.

Onun sözlərinə görə, Levon Ter-Petrosyan planlı müayinədən sonra kardiomərkəzdən evə buraxılıb.

Qeyd edək ki, Levon Ter-Petrosyan 1945-ci ildə anadan olub. O, 1991-98-ci illərdə Ermənistanın prezidenti olub.

Digər xəbərlər