Bakı. 30 aprel. REPORT.AZ/ Hakim Ermənistan Respublika Partiyası (ERP) ölkənin baş naziri postu uğrunda səsvermə üzrə qərarı barədə mayın 1-də məlumat verəcək.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, ERP-nin icra orqanının üzvü Eduard Şarmazanov deyib.
"Sabah", — deyə Şarmazanov partiyanın səsvermə ilə bağlı qərar qəbul edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.