Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib

Bakı. 31 may. REPORT.AZ/ Ermənistanın Energetika Nazirliyi “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) ”Tashır Kapital” şirkətinə verilməsi barədə müqaviləni ləğv edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, şəbəkə 2017-ci il avqustun 24-də “Tashır”in idarəçiliyinə verilmişdi.

Bununla bağlı qərarı Ermənistanın o vaxtkı hökuməti qəbul edib.

Qeyd edək ki, “Tashır” şirkətlər qrupu Rusiya vətəndaşı olan erməni əsilli milyarder Samvel Karapetyana məxsusdur. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49