Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan istefa verib

Bakı. 8 may. REPORT.AZ/ Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan istefa verib.

“Report” xəbər verir ki, bunu o, özünün “Facebook” səhifəsində yazıb.

K.Karapetyan ölkənin yeni baş naziri Nikol Paşinyanı təbrik edib: “Hamınıza tənqidinizə, ruhlandırıcı sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu çox maraqlı və məsuliyyətli dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və sonrakı baş nazirlərə uğurlar arzulayıram”. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24