Ermənistanda son sutkada koronavirusdan 7 nəfər ölüb

Ermənistanda daha 233 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 229 370-ə çatıb. Son sutkada koronavirusdan 7 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 604-ə yüksəlib.

Koronavirusa yoluxan 219 502 nəfər sağalıb, 4 378 pasiyent müalicə olunur.

Digər xəbərlər

Türkiyədə zəlzələ olub 13 aprel, 2026 / 09:59