Ermənistanda yol qəzasında hərbi polis yaralanıb

Ermənistanın Ararat şəhərində baş vermiş yol qəzasında hərbi polisin bir əməkdaşı yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, “Mercedes E320” və “Hyundai Azera” markalı iki avtomobil toqquşub.

Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Digər xəbərlər