Ermənistanda pandemiyadan ölənlərin sayı 7 788-ə yüksəlib

Ermənistanda son sutkada daha 290 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 405-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 7 788-ə yüksəlib.

İndiyədək 324 834 pasiyent infeksiyadan sağalıb.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02