Ermənistanda naməlum şəxs qumbara ilə hökumət binasını partlatmaq istəyib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Şənbə günü Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olaraq onu partlatmaq istəyib, lakin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan deyib.

"1975-ci il təvəllüdlü kişi bu gün əlində qumbara ilə Ermənistanın hökumət binasına daxil olub, lakin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib", - deyə agentliyin həmsöhbəti bildirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49