Ermənistanda koronavirusdan ölənlərin sayı 7 997-yə yüksəlib

Ermənistanda son sutkada daha 129 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 345 518-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 997-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 511 nəfərdir. İndiyədək 332 588 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 422 aktiv koronavirus xəstəsi var.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50