Ermənistanda koronavirusa yoluxanların sayı 347 377-yə çatıb

Ermənistanda son sutkada daha 293 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 347 377-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 8 018-ə yüksəlib.

Hazırda ölkədə 4 326 aktiv koronavirus xəstəsi var.

Digər xəbərlər