Ermənistanda koronavirusa yoluxanların sayı 242 750-yə çatıb

Ermənistanda daha 615 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 242 750-yə çatıb. Son sutkada koronavirusdan 13 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 847-a yüksəlib.

Koronavirusa yoluxan 227 293 nəfər sağalıb. Hazırda 9 443 pasiyent müalicə olunur.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50