Ermənistanda koronavirusa yoluxanların sayı 239 056-ya çatıb

Ermənistanda daha 634 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 239 056-ya çatıb. Son sutkada koronavirusdan 10 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 778-yə yüksəlib.

Koronavirusa yoluxan 224 919 nəfər sağalıb. Hazırda 8 209 pasiyent müalicə olunur.

Digər xəbərlər