Ermənistanda karantin rejiminin müddəti daha 6 ay uzadılacaq

Ermənistanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejiminin müddəti daha 6 ay uzadılacaq.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Anait Avanesyan iyulun 9-da jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, karantinlə bağlı layihə hökumətə təqdim edilib və bu gün qəbul olunacağı ehtimal olunur.

Qeyd edək ki, 2020-ci il martın 16-da Ermənistanda koronavirusun yayılmasının qarşısının alması məqsədilə fövqəladə vəziyyət elan edilmişdi. Karantin rejimi sonuncu dəfə 2021-ci il yanvarın 11-də iyulun 11-dək uzadılıb.

Xəbər lenti

Efiopiyada zəlzələ olub 5 Yanvar, 2025 / 00:57