Ermənistanda bələdiyyə binasına soxulmuş silahlı şəxs intihar edib

Ermənistanda bələdiyyə binasına soxulmuş silahlı şəxs intihar edib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Masis bələdiyyə binasına daxil olan polis əməkdaşları kəllə-beyin travması olan vətəndaşı aşkarlayıb.

Ermənistan polisi rəisinin birinci müavini Aram Oovannisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis İdarəsinin əməkdaşları içəri girərək başından güllə yarası almış 36 yaşlı Eduard Marqaryanın meyitini aşkar ediblər.

Polislər arasında ölən və yaralanan yoxdur.

00:42

Ermənistanın təhlükəsizlik qüvvələri Masis icmasının binasına silahla soxulan şəxsi zərərsizləşdirə bilib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə bələdiyyə rəhbərinin müavini Norayr Akopyan bildirib.

Qeyd edək ki, Ararat vilayətində bir saatdan çox fövqəladə vəziyyət yaranıb. Partlayıcı qurğu ilə silahlanmış şəxs Masis bələdiyyəsinin binasına soxularaq onu partlatmaqla hədələyib.

00:05

Ermənistanın təhlükəsizlik qüvvələri Masis bələdiyyəsinin binasına soxulmuş silahlı şəxsin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirir.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə bələdiyyə rəhbərinin müavini Norayr Akopyan bildirib.

O qeyd edib ki, həmin şəxsi zərərsizləşdirmək hələ mümkün olmayıb, silahlı şəxs hazırda icma binasındadır.

"Hadisə baş verən zaman binada mühafizəçi və bir xadimə olub, onlar hazırda bizimlədir, təhlükə yoxdur. Hadisə şahidlərinin sözlərinə görə, binanın yanında bir partlayış və iki güllə səsi eşidilib”, - Norayr Akopyan deyib.

Qeyd edək ki, Ararat vilayətində bir saatdan çoxdur ki, fövqəladə vəziyyət yaranıb. Partlayıcı qurğu ilə silahlanmış şəxs Masis bələdiyyəsinə daxil olaraq onu partlatmaqla hədələyib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49