Ermənistanda general koronavirusdan ölüb

Ermənistanın əməkdar hüquqşünası, ədliyyə general-leytenantı Suren Mamikonyan ölüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, o, 73 yaşında koronavirusdan vəfat edib.

Bir müddət əvvəl onun oğlu Aram Mamikonyan da COVID-19-dan ölüb.

Dekabrın 5-də Surb Hovhannes kilsəsində S.Mamikonyanla vida mərasimi keçiriləcək.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24