Ermənistanda əsgər zabiti güllələyərək öldürüb

Ermənistanda müddətli hərbi xidmətdə olan əsgər atəş açaraq zabitlərdən birini öldürüb.

“Report” xəbər verir ki, məlumatı “Hraparak” yayıb.

Bildirilib ki, hadisə yanvarın 9-da Basarkeçər rayonunda (Vardenis) Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidməti postda baş verib.

Hadisənin səbəbi və şəraiti araşdırılır.

Digər xəbərlər