Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı

Ermənistanda daha 2 474 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 73 310-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 1 145-ə çatıb. İndiyədək 50 276 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 21 560 aktiv koronavirus xəstəsi var.

Digər xəbərlər