Ermənistanda dövlət aparatı xərcləri ixtisar ediləcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Ermənistan dövlət aparatı xərclərini 2017-ci ildə 8,4 milyon dollar ixtisar edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin yeni maliyyə naziri Vardan Aramyan 2017-ci ilin büdcə xərcləri planı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilk növbədə xidməti maşınların sifarişi, eləcə də kommunal xərclər azaldılacaq. 

Digər xəbərlər