Ermənistanda koronavirusa yoluxanların sayı 424-ə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 424-ə çatıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı infeksiyaya nəzarət və profilaktika mərkəzi yayıb.

Bildirilib ki, martın 29-u saat 11:00-a olan məlumata əsasən, 424 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, Ermənistanda 407 yoluxma və 3 ölüm faktı qeydə alınmışdı. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24