Bakı. 22 yanvar. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində Muş məhəlləsində P.Sevak küçəsindəki mənzildə 80 yaşlı təqaüdçü kişi meyiti mətbəxdə asılmış vəziyyətdə aşkarlanıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
İlkin məlumata əsasən, o, intihar edib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.