Ermənistanda 51 yaşlı kişi xüsusi amansızlıqla qətlə yetirilib - FOTO

Ermənistanda qətl hadisəsi törədilib.

"Report" "Shamshyan.com"a istinadən xəbər verir ki, hadisə Kotaysk vilayətində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarına Razdanda cinayət hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları 51 yaşlı Robert Axverdiyanın meyitini aşkarlayıblar və ev əşyalarının dağıdıldığını müəyyən ediblər.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən o, xüsusi amansızlıqla qətlə yetirilib. Cinayətkarın kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, bu Kotaysk vilayətində son günlər qeydə alınan növbəti ağır cinayət hadisəsidir. Bir neçə gün əvvəl də Proşyan kəndində eybəcər hala salınmış 55-60 yaşlı naməlum şəxsin meyiti aşkarlanıb.  

Digər xəbərlər