Ermənistan XİN: “Rusiya bazasının çıxarılması və ya KTMT-dən çıxmaq məsələsi indi gündəmdə deyil”

“Hazırda Ermənistanın gündəliyinə KTMT-dən çıxmaq və Rusiya bazasının ölkədən çıxarılması məsələsi daxil deyil”.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

“İndiki mərhələdə bizim gündəliyimizdə belə bir məsələ yoxdur”, - M. Safaryan bildirib.

O qeyd edib ki, İrəvanla Moskva arasında işgüzar münasibətlər mövcuddur: "Təbii ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Onlara cavab vermək üçün işimizi davam etdiririk".

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49