​Ermənistan XİN başçısı Fransaya səfər edəcək

Bakı. 10 may. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 12-də Fransaya işgüzar səfər edəcək.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu haqda Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, E.Nalbandyanın Fransa xarici işlər naziri Jan-Mark Ero və başqa yüksək vəzifəli dövlət məmurları ilə görüşü planlaşdırılıb.

Digər xəbərlər