Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib.

“Report”un Ermənistan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılaşma Berlində Ermənistan müdafiə naziri Suren Papikyan ilə almaniyalı həmkarı Boris Pistorius arasında keçirilən görüş zamanı əldə edilib.

"Tərəflər ikitərəfli müdafiə əməkdaşlığının cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Eyni zamanda, beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar", - məlumatda vurğulanıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49