Ermənistan parlamentinin daha bir deputatına koronavirus diaqnozu qoyulub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Mənim Addımım fraksiyasından deputat Sovinar Vardanyanda koronavirus aşkarlanıb.
Qeyd edək ki, Mənim Addımım Partiyasının 2 deputatında da koronavirus tapılmışdı.