Ermənistan parlamenti bu gün yeni hökumətin formalaşdırılmasını müzakirə edəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Ermənistan parlamenti bu gün Karen Karapetyanın başçılıq etdiyi yeni hökumətin formalaşdırılması məsələsini müzakirə edəcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Qalust Saakyan sentyabrın 13-də qanunverici orqanın payız sessiyasının açılışında bildirib.

Onun sözlərinə görə, iclada Ermənistanın Vergi Məcəlləsinə əlavə və dəyişikliklər, həmçinin Karen Karapetyanın baş nazir kimi proqramı müzakirə olunacaq.

Digər xəbərlər