Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinini bundan sonra baş nazir təyin edəcək.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə qərar layihəsi Ermənistan hökumətinin noyabrın 30-da keçirilən iclasında qəbul olunub.
Bildirilib ki, dəyişiklik qəbul edildikdən sonra MTX-nin direktoru və müavini dövlət məmuru, xidmətin digər zabitləri isə hərbi vəzifəli sayılacaqlar.
Layihə təcili olaraq parlamentə göndərilib.
Qeyd edək ki, bundan əvvəl adıçəkilən vəzifələrə şəxsləri Ermənistan prezidenti təyin edirdi.