​Ermənistan iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmi 35 dəfə azalıb

Bakı. 1 iyun. REPORT.AZ/ Ötən ilin uyğun dövrü ilə müqayisədə Ermənistana qoyulan xarici sərmayə və qeyri-kommersiya məqsədilə göndərilən pulun həcmi 35 dəfə azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkənin Milli Statistika Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, 2016-cı ildə Ermənistana 1,7 milyard dram (1 dollar 477,55 dramdır) sərmayə qoyulubsa, 2015-ci ilin ilk 5 ayında bu rəqəm 60,1 milyard dram olub. Ermənistan KİV-in yazdığına görə, ölkədə belə vəziyyət heç vaxt olmayıb: "Qeyri-ticarət məqsədilə göndərilən pulun həcmi ötən il 54,4 milyard dram olduğu halda, cari il bu rəqəm 50,2 milyard dram təşkil edib. 2015-ci ilin aprel ayında göndərilən pulun miqdarı 28 milyard dram idisə, bu ilin 4-cü ayında 18,6 milyard dram təşkil edib". 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49