Ermənistan İranla nəqliyyat əlaqəsində məhdudiyyətin müddətini uzadıb

Ermənistan hökuməti koronavirus təhlükəsinə görə İranla nəqliyyat əlaqəsində tətbiq etdiyi məhdudiyyətin müddətini martın 24-dək uzatmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə hökumətin saytında bildirilir.

Xatırladaq ki, bu il fevralın 24-də Ermənistan hökuməti İrana təyyarə uçuşlarını və yerüstü nəqliyyatın hərəkətini iki həftə müddətinə dayandırmaq qərarına gəlib. Martın 2-dən isə Ermənistan İranla müvəqqəti viza rejimi tətbiq edib.

Digər xəbərlər

Ərdoğan Ankarada Tokayevlə görüşüb 28 октября, 2026 / 21:22