Bakı. 26 oktyabr. REPORT.AZ/ Ermənistanın Dövlət Gəlirləri Komitəsinin 19 əməkdaşına rüşvətxorluqda və rüşvət çatdırmaqda vasitəçilikdə ittihamlar irəli sürülüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi Təhqiqat Xidməti məlumat yayıb.
Həmin şəxslərə qarşı ilkin istintaq hərəkətləri başa çatıb, ittiham aktı və digər materiallar prokurorluğa göndərilib.