Ərdoğan: "Ukraynadan 4 milyon tondan çox taxıl daşınıb"

“Ukraynadan müharibə başlayandan 4 milyon tondan çox taxıl dəhlizlər vasitəsilə dünya bazarına çıxarılıb”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, proses davam edir: "Bizim indi ən vacib addımlarımızdan biri Rusiyadan taxılın dünya bazarına çıxarılmasıdır”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. Ancaq iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub.

Digər xəbərlər