Ərdoğan Baydenlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın CNN Türk-ə müsahibəsində bildirib.

Görüşün noyabrın 15-16-da İndoneziyada təşkil olunacaq G20 sammiti çərçivəsində baş tutacağı deyilir.

"Onların təkbətək görüşü olacaq. Bundan əvvəl Prezidentimiz demişdi ki, böhranı liderlik diplomatiyasının köməyi ilə həll etmək olar", - Kalın deyib.

Digər xəbərlər