Emomali Rəhmon: "Əfqanıstanda vəziyyət qeyri-müəyyən və fövqəladə mürəkkəbdir”

“Əfqanıstanda, xüsusilə Tacikistanla sərhəddə vəziyyət qeyri-müəyyən və fövqəladə mürəkkəbdir”.

“Report” “Sputnik Uzbekistan”a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emomali Rəhmon Silahlı Qüvvələrin hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı münaqişənin həlli hərb yolla mümkün deyil, yalnız dinc yolla nizamlanmalıdır: “Bizim üçün ilk növbədə tacik xalqının təhlükəsizliyi vacibdir. Ona görə də Əfqanıstanla sərhəd bölgəsinə əlavə olaraq 20 min zabit və əsgər göndərilib”.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24