Mərhum ali lider Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə ABŞ və İsrailin birgə əməliyyatı çərçivəsində Tehrana endirilən hava zərbələri nəticəsində aldığı xəsarətlərdən ölüb.
"Report" xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, o, Ali liderin özünün və ailə üzvlərindən bir neçəsinin həlak olmasına səbəb olan ABŞ-İsrail birgə hava zərbəsi zamanı Xameneyi ilə birlikdə iqamətgahda olub.
Xatırladaq ki, Əli Xameneyi fevralın 28-i səhər saatlarında öldürülüb, lakin bu məlumat İranda yalnız bazar günü təsdiqlənib.