Elazığda dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunun Sürsürü məhəlləsində dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.

“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 40 nəfər çatıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Elazığ və Malatya bölgələrində 6.8 bal gücündə baş vermiş yeraltı təkanlar nəticəsində 40 nəfər ölüb, 1607 nəfər yaralanıb. Onlardan 1520-si artıq xəstəxanadan evə buraxılıb.

Digər xəbərlər