Əfqanıstanda terror aktı nəticəsində Gürcüstanın 5 hərbçisi yaralanıb

Əfqanıstanda Baqram hərbi bazasına terror hücumu nəticəsində bu ölkədəki sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yüngül yara alan hərbçilərin vəziyyəti sabit qiymətləndirilir. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Gürcü hərbçilər xidmətlərini davam etdirirlər. 

Digər xəbərlər