Əfqanıstanda NATO-nun sülhməramlı missiyasında xidmət edən daha 10 Gürcüstan hərbçisində koronavirus aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Hərbçilər xüsusi aviareyslə Gürcüstana gətiriliblər.
Qeyd olunub ki, bundan öncə Əfqanıstanda koronavirusa yoluxan 28 hərbçinin 8-i artıq müalicə olunaraq sağalıb. Digərlərinin vəziyyəti isə qənaətbəxşdir.