Dolmabağça Sarayına atəş açılıb

Bakı. 19 avqust. REPORT.AZ/ İstanbulun Beşiktaş bölgəsindəki Dolmabağça Sarayında yerləşən polis şöbəsinə iri çaplı silahlardan atəş açılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, basqın edənlərdən ikisi tutulub. Təhlükəsizlik baxımından Dolmabağça-Beşiktaş avtomobil yolu bağlanıb.

Asayiş keşikçiləri əməliyat-axtarış tədbirlərini davam etdirir. 

Digər xəbərlər