Diyarbakırda kriminal qrupa qarşı əməliyyat keçirilib, 40 nəfər saxlanılıb

Türkiyənin Diyarbakır şəhərində polis tərəfindən silahlı kriminal qrupa qarşı əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Diyarbakırda silahlı qruplaşma yaradaraq müxtəlif cinayət hadisələri törədən şəxslərə qarşı keçirilən əməliyyatda 40 nəfər saxlanılıb. Onlardan külli miqdarda narkotik və silah-sursat aşkarlanıb.

Saxlanılan şəxslərdən 15-i barəsində həbs qətimkan tədbiri seçilib, digərləri isə şərti azadlığa buraxılıb.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49