Dərbənddə su bəndinin yarılmasından sonra 350-dən çox sakin təxliyə edilib

Dərbənddə (Dağıstan, Rusiya) su bəndinin yarılmasından sonra 350-dən çox insan təxliyə edilib.

"Report"un məlumatına görə, bu barədə rayon administrasiyasının "Telegram" kanalında bildirilib.

Məlumata görə, təxliyə olunanların əhəmiyyətli hissəsi qohumlarının yanında yerləşib, qalanları isə müvəqqəti məntəqələrə göndərilib.

"Qaytaqdan Qecux bəndinə axan çayın daşması ilə əlaqədar olaraq Elman Allahverdiyev Məmmədqala qəsəbəsi yaxınlığında subasma təhlükəsi olan əraziyə gəlib. Qoruyucu qurğunun dağılması suyun Mixaylovka, Duzlaq, Zareçnaya, Sülepa, Urqun yaşayış məntəqələrinə və Məmmədqala qəsəbəsinə dolmasına səbəb olub. Bələdiyyə başçısının tapşırığı ilə həmin məntəqələrin sakinləri əvvəlcədən təxliyə edilib - ümumilikdə 358 nəfər çıxarılıb. Təxliyə edilənlərin böyük hissəsi qohumlarının yanında, qalanları isə xüsusi olaraq hazırlanmış altı müvəqqəti yaşayış məntəqəsində yerləşdirilib", - məlumatda qeyd olunub.

Zərərçəkənlərə isti yemək verilir və tibbi yardım göstərilir.

Məmmədqala və Qecux qəsəbələri arasındakı avtomagistralın bir hissəsində su axını avtomobilləri yuyub aparıb. Daşqın zonasında iki nəfər həlak olub, yeddi nəfəri isə xilas edilib. Bütün fövqəladə xidmətlər təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinə cəlb edilib.

Digər xəbərlər