Danimarka Ukraynanın enerji infrastrukturunun bərpasına 6 milyon avro ayıracaq

Danimarka Rusiya Silahlı Qüvvələrinin hücumları səbəbindən zərər görmüş Ukraynanın enerji infrastrukturunun bərpası üçün 6 milyon avro ayıracaq.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Kiyevə səfəri zamanı Danimarkanın Avropa işləri üzrə naziri Mariya Byerre Holst deyib.

Məlumata görə, vəsait Ukraynanın Enerji Dəstəyi Fonduna göndəriləcək.

Digər xəbərlər