Dağıstanda minik avtomobili qatarla toqquşub, 3 nəfər ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Dağıstanda minik avtomobilinin qatarla toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza ötən gecə Qarabudaqkənd rayonunda tənzimlənməyən dəmir yolu keçidində baş verib.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Digər xəbərlər