Dağıstanda biri uşaq olmaqla dörd nəfər avtomobil qəzasında ölüb

Rusiyanın Dağıstan Respublikasında baş verən qəzada biri uşaq olmaqla 4 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İlkin məlumata görə, Qoçubəy-Mineralnıye Vodı yolunun Noqay rayonundakı hissəsində qəza baş verib, nəticədə 4 nəfər ölüb, onlardan biri uşaqdır”, - məlumatda deyilib.

Hadisə Moskva vaxtı ilə saat 18:40 radələrində (Bakı vaxtı ilə 19:40 - red.), yolun 33-cü km-də baş verib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24