Buz parçası rusiyalı generalı xəstəxanalıq edib

Rusiya Fövqəladə Hallar Nazirliyinin Əməliyyat idarəsinin direktoru, general-leytenant Anatoli Yelizarov xəsarət alıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskvada evlərin birinin damından sallanan buz parçası onun başına düşüb.

A.Yelizarov əməliyyat olunub.

Hazırda huşu özündə olmayan general həkimlərin nəzarəti altındadır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24