Bu il Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 6 mindən çox şəxs saxlanılıb

Bu il ərzində Türkiyəyə qanunsuz yollarla keçməyə çalışan 6 min 677 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O, həmçinin qeyd edib ki, son bir həftədə 8-i terror təşkilatının üzvü olmaqla 540 nəfər yaxalanıb. 1 PKK üzvü isə təslim olub.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49