Bu il Gürcüstanda 55 nəfər QİÇS-dən ölüb

Bu il Gürcüstanda 55 nəfər QİÇS-dən dünyasını dəyişib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

Ölənlərin 45-i kişi, 10-u isə qadındır. 

Mayın 13-nə olan məlumata əsasən, Gürcüstanda QİÇS-ə 197 yeni yoluxma faktı qeydə alınıb. Bu xəstəliyə yoluxanların ümumi sayı 8 299 nəfərə çatıb. Həmin şəxslərin 6 196-sı kişi, 2 103-ü isə qadındır.

Pasiyentlərin böyük əskəriyyəti 29-39 yaş qrupuna daxildir. QİÇS 4 340 nəfərdə inkişaf edib, 1 690 nəfər isə ölüb.

QİÇS-ə ən çox yoluxma halları (3 074) Tbilisidə qeydə alınıb. Bu halların 87-si xarici ölkə vətəndaşlarına aiddir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24